sabirabadxeber.az / "Azərsilah”da yeni təyinat oldu

"Azərsilah”da yeni təyinat oldu

"Azərsilah" Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyətində təyinat olub.

"Sabirabadxəbər.az" valyuta.az-a istinadla xəbər verir ki, Müseyib Bayramov İnvestisiya və Xəzinədarlıq üzrə rəhbər təyin edilib.

Bu vəzifəsinə qədər o, 2015-ci ildə "AccessBank"da aparıcı kredit mütəxəssisi kimi, 2025-ci ildə "Paşa Bank"da kredit və risk təhlili üzrə komanda rəhbəri vəzifəsində çalışıb.

M. Bayramov  Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb.

Rus və ingilis dillərini bilir.

17.02.2026 » 15:30
Geri