sabirabadxeber.az / Tarqovı"da yaşayış binası yanır - Xəsarət alan var+ video

Tarqovı"da yaşayış binası yanır - Xəsarət alan var+ video

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

"Sabirabadxəbər.az" "Unikal"a istinadən xəbər verir ki, FHN-in Mətbuat xidmətindən  verilən məlumata görə, hazırda binanın taxta arakəsmələrinin sökülməsi və bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

*** 

Səbail rayonu, Lev Tolstoy küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın zamanı xəsarət alan var.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən "Unikal"a bildirilib ki, bu gün saat 11:47 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu, L. Tolstoy 7 küçəsindən yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.

"Çağırış ünvanına 5 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 63 yaşlı (qadın) bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub", məlumatda qeyd olunub.

17.02.2026 » 14:03
Geri