sabirabadxeber.az / Rubinyan AŞPA-nın vitse-prezidenti seçildi

Rubinyan AŞPA-nın vitse-prezidenti seçildi

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti vəzifəsinə seçilib.

“Sabirabadxəbər.az" məlumat  verir ki, bu barədə məlumatı R. Rubinyan özünün rəsmi feysbuk səhifəsində paylaşıb.

O söyləyib ki, bu vəzifəyə Ermənistan üçün ayrılmış kvota çərçivəsində gətirilib.

Qeyd edək ki, R. Rubinyan həmçinin Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsidir.

26.01.2026 » 19:15
Geri