sabirabadxeber.az / Ölkə birinciliyindən medallarımız var

Ölkə birinciliyindən medallarımız var

🤩 Ölkə birinciliyindən medallarımız var


"Sabirabadxəbər.az" xəbər verir ki, 🏆 MMA idman növü üzrə ölkə birinciliyində Sabirabad idmançıları - Sadiqov Hüseyin 36 kq çəki dərəcəsində, Ağayeva Fidan 54 kq çəki dərəcəsində fəxri kürsünün 🥇yüksək pilləsinə laiq görülüblər, bundan əlavə Əsgərova Fatimə 50 kq çəki dərəcəsində 🥈gümüş medal qazanıb.


💥 İdmançılarımızı və məşqçi-müəllim Məhərrəm Pənahovu qazandıqları yüksək nailiyyət münasibətilə idarə rəhbərliyi adından səmimi qəlbdən təbrik edir, gələcək yarışlarda onlara daha böyük uğurlar arzulayırıq! 👏🇦🇿


❗️ Xatırladaq ki, hər 3 idmançı Milli Qəhraman Murad Mirzəyev adına MMA idman klubunun yetirmələridir.


16.02.2026 » 12:11
Geri