sabirabadxeber.az / Gəncədə yol  qəzası olub.

Gəncədə yol  qəzası olub.

"Sabirabadxəbər.az" xəbər verir ki, hadisə şəhərin 1-ci mikrorayon ərazisində baş verib. Hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq aşıb. Qəza zamanı motosikletin sürücüsü - 2004-cü il təvəllüdü R.Əliyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır

15.02.2026 » 18:40
Geri