sabirabadxeber.az / Sumqayıtda 33 yaşlı kişi dəm qazından boğularaq ölüb

Sumqayıtda 33 yaşlı kişi dəm qazından boğularaq ölüb

Sumqayıt şəhərində 33 yaşlı kişi dəm qazından boğularaq ölüb.
"Sabirabadxəbər.az" xəbər verir ki, hadisə 52-ci məhəllənin Duzlaq küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Amil Qarayev hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
15.02.2026 » 18:10
Geri