sabirabadxeber.az / Sumqayıtda iki maşın toqquşdu - Sürücü belə xilas edildi - Video

Sumqayıtda iki maşın toqquşdu - Sürücü belə xilas edildi - Video

Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yol-nəqliyyat qəzası baş verib.


FHN-dən “Sabirabadxəbər.az” ya bildirilib ki, nəticədə vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.


Bildirilib ki, FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-21011” və “Naz Lifan” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və “Naz Lifan” markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.


Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1968-ci il təvəllüdlü Bayramov Murad Möhübbət oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

14.02.2026 » 21:16
Geri