sabirabadxeber.az / Abşeronda yeniyetmə yıxılaraq xəsarət alıb

Abşeronda yeniyetmə yıxılaraq xəsarət alıb

Abşeron rayonunda 17 yaşlı yeniyetmə yıxılaraq xəsarət alıb.

"Sabirabadxəbər.az" xəbər verir ki, hadisə rayonun Mehdiabad qəsəbəsində baş verib.

Məlumata görə, qəsəbə ərazisində yıxılan 2009-cu il təvəllüdlü K.K-nin qarnına yerdə olan dəmir parçası batıb.

Daxilə nüfuz edən xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

11.02.2026 » 13:43
Geri