Mədəniyyət - Şou - Sabirabadxeber.Az - İnformasiya Portalı

Stolüstü tennisçimiz Azərbaycan idmanında ilkə imza atdı - Fotolar
Stolüstü tennisçi Onur Quluzadə yeniyetmələr arasında Avropa çempionatında yüksək nəticə qazanıb.

“Sabirabadxəbər” xəbər verir ki, Portuqaliyanın Qondomar şəhərində keçirilən yarışın U15 yaş qrupunda qoşa növdə türkiyəli həmkarı Görkəm Öçalla birlikdə mübarizə aparan Onur, yarımfinal mərhələsinə yüksəlməklə bürunc mükafata layiq görulüb.

İstedadlı idmançı bununla, müstəqillik dövründə bu uğura imza atan ilk azərbaycanlı stolüstü tennisçi olub.

Qeyd edək ki, Onur Quluzadə - Görkəm Öçal cütü 1/2 final görüşündə, yarışın qalibi olan Luis Fegerli və Ladimir Mayorovdan ibarət Avstriya-İspaniya tandeminə uduzaraq Avropa birinciliyində mübarizəni bürünc medalla başa vurub.

Seçmə komandanın üzvləri bu gün Vətənə qayıdıblar. Heydər Əliyev Beynəlxalq Aeroportunda onları Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) üzvləri, media nümayəndələri və idmançıların doğmaları qarşılayıblar. Yarışla bağlı təəssüratlarını bölüşən Avropa çempionatının mükafatçısı Onur Quluzadə ilə milli komandanın baş məşqçisi Mixail Timofeyev əldə olunan nəticənin gərgin məşqlərdə çəkilən zəhmətin bəhrəsi olduğunu bildirib.

Yaradılan şəraitə və göstərilən dəstəyə görə Azərbaycan Gənclər və İdman Nazirliyinə və ASTF-yə təşəkkürünü bildirən federasiyanın baş katibi Könül Mikayılova, qazanılan uğurla kifayətlənməyəcəklərini və idmansevərləri yaxın gələcəkdə daha böyük nailiyyətlərlə sevindirəcəklərinə ümid bəslədiyini bildirib.

15 İyun – sadəcə xilasın deyil, həm də dövlətimizin əbədi müstəqilliyinin, qüdrətinin və şanlı Zəfərinin başlanğıc nöqtəsidir
Tarixin elə həlledici məqamları olur ki, orada verilən bir qərar həm bütöv bir millətin taleyini dəyişir, həm də dövlətin varlığını uçurumun astanasından xilas edir. Bu şanlı tarixin ən parlaq səhifələrindən biri, şübhəsiz ki, 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü ilin məhz bu günündə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan, daxili xaosdan və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Bu gün biz təkcə tarixi bir qayıdışı deyil, həm də Zəfərə gedən yolun əbədi təməlinin qoyulmasını qeyd edirik.

Tarixi paralellər və faktlar göstərir ki, Azərbaycanın faciələri Ulu Öndər Heydər Əliyevin 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Mixail Qorbaçovun yeritdiyi ədalətsiz siyasi xəttə etiraz olaraq istefa verməsindən dərhal sonra başladı. Müdrik liderin dövlət rəhbərliyindən getməsindən iki həftə keçməmiş, erməni millətçiləri və onların sovet iqtidarındakı himayədarları Qarabağ məsələsini qaldırdılar. Əgər o illərdə Heydər Əliyev hakimiyyətdə olsaydı, erməni şovinistləri bu çirkin əməllərə əl atmağa əsla cürət etməzdilər.

1992-1993-cü illərdəki AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin yoxluğu və kriminal düşüncəli şəxslərin vəzifələrə gətirilməsi ölkəni uçuruma sürüklədi. Siyasi hakimiyyət daxilindəki qruplaşmalar yalnız öz birincilikləri uğrunda mübarizə aparır, dövlət əmlakı talan edilir, ölkənin ehtiyat mənzil fondu belə mənimsənilirdi. Ali Baş Komandan olduğunu unudan prezident cəbhədəki durumdan bixəbər idi. Bu səriştəsizlik və xəyanət xalqı acınacaqlı duruma saldı, xarici dövlətlərlə münasibətləri korlayaraq Azərbaycanı təcrid vəziyyətinə saldı və nəticədə 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. Ölkə daxilində baş qaldıran separatçılıq və qardaş qırğını fonunda yeganə ümid yeri xalqın dahi oğlu Heydər Əliyev idi. Sonda öz hərbi birləşmələrindən qorxub gizlənən və çarəsiz qalan ovaxtkı iqtidar da məhz Ulu Öndərdən imdad istəməyə məcbur oldu.

1993-cü il iyunun 9-da Ulu Öndər xalqın və dövlətin təkidli dəvətini qəbul edərək Bakıya gəldi. Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda, o, öz həyatını təhlükəyə ataraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış hərbi qiyamın qarşısını aldı. 15 İyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Prezident səlahiyyətləri ona həvalə olundu. Bu qayıdış ölkədə sabitliyin bərqərar olmasının ilk addımı idi.

1992-ci ilin noyabrında Naxçıvanda Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması ölkədə müasir və sağlam siyasi sistemin əsasını qoydu. Qısa müddətdə xalqın rəğbətini qazanan Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi.

Heydər Əliyev hər zaman xalqına verdiyi andına sadiq qaldı. Onun dərin biliyi, qətiyyəti, mahir diplomatik istedadı və uzaqgörənliyi sayəsində 1993-2003-cü illər ərzində bugünkü qüdrətli Azərbaycanın möhkəm bünövrəsi atıldı. Bu gün fəxrlə deyə bilərik ki, müasir Azərbaycan məhz Ulu Öndərin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş dövlətdir. Onun başladığı ordu quruculuğu strategiyasının nəticəsidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu, ən ali məqsədi Azərbaycanı bütöv görmək, işğal altındakı torpaqlarımızı, doğma Şuşanı azad etmək idi. O, məcburi köçkünlərlə hər görüşündə böyük inamla deyirdi: “Biz heç vaxt Laçınsız, Şuşasız, Kəlbəcərsiz, Ağdamsız yaşaya bilmərik. İnanın ki, gedəcəyik”.

Bu gün Ümummilli Liderin ruhu şaddır. Onun siyasi kursunu misilsiz uğurla davam etdirən və zənginləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası məhz Heydər Əliyev dühasının və onun siyasi irsinin məntiqi nəticəsidir.

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə bu gün üçrəngli bayrağımız Şuşada, Laçında, Xankəndidə, Ağdamda və digər azad edilmiş torpaqlarımızda əzəmətlə dalğalanır. Azad Qarabağda və Şərqi Zəngəzurda alovlandırılan Novruz tonqalları, reallaşan “Böyük Qayıdış” proqramı Milli Qurtuluş Gününün rəmzi mənasıdır.

Beləliklə, 15 İyun – sadəcə xilasın deyil, həm də dövlətimizin əbədi müstəqilliyinin, qüdrətinin və şanlı Zəfərinin başlanğıc nöqtəsidir. Xalqımız öz xilaskarının xatirəsini hər zaman uca tutur və onun müəyyən etdiyi parlaq yolla gələcəyə doğru inamla addımlayır.

Nadir Quliyev,

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi

Sabirabadda şairə, esseist Şahnaz Şahinlə görüş keçirilib.
Sabirabadda şairə, esseist Şahnaz Şahinlə görüş keçirilib.

"Sabirabadxəbər-in məlumatına görə, İyunun 4-də Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sabirabad rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Hophopnamə Kitab Mərkəzində Prezident mükafatçısı, Beynəlxalq Rəsul Rza mükafatı laureatı şairə, esseist Şahnaz Şahinin "Şəkkizinci not" adlı yaradıcılıq gecəsi və "Səkkizinci not", "Şahlar", "Qaraciyərinlə gülümsə" kitablarının təqdimat keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, AYB-in Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlı, AYB-in baş müşaviri Rauf Aslan, Tərcümə mərkəzi və bədii əlaqələr mərkəzinin sədri Əsəd Cahangir, şair, publisist Daməd Salman, yazıçı, publisist, ədəbiyyat üzrə fəlsəfə doktoru Şəfəq Nasir, "Dədə Ələsgər ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərli, iş adamı, AYB-in fəxri üzvü Rəşid Süleymanov, yazıçı Yaqut xanım və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər müəllifin zəngin və çoxşaxəli ədəbi irsindən bəhs edərək, əsərlərindəki milli qürur və vətənpərvərlik ruhunun gələcək nəsillərə aşılanmasında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, şairənin lirikası insan ruhunun dərinliklərinə nüfuz edərək, onun xəyallarını, ümidlərini və daxili iztirablarını incə bədii dillə əks etdirir.

Tədbirin sonunda şairəyə Azərbaycan Yazıçılar Birliyinin fəxri diplomu, “Dədə Ələsgər ocağı” İctimai Birliyinin fəxri fərmanı və xatirə hədiyyələri təqdim olunub.

Görüş çərçivəsində gənclər tərəfindən Şahnaz Şahinin sevilən şeirləri səsləndirilib.

Makedon" vəfat etdi
Azərbaycanın tanınmış aktyoru vəfat edib.

"Sabirabadxəbər" xəbər verir ki, "Bizim Cəbiş müəllim" filmindəki məşhur "Makedon" obrazı ilə yaddaşlarda qalan aktyor Aqil Ağacanov vəfat edib. O, uzun sürən xəstəlik səbəbindən bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Aqil Ağacanov həmçinin "Yuxu" filmində də rol alıb. Aktyor tamaşaçıların yaddaşında isə daha çox "Makedon" obrazı ilə iz buraxıb.

Təmsilçimiz "Avroviziya - 2026"nın finalına keçmədi
Avstriyada keçirilən "Avroviziya-2026" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilib.

"Sabirabadxəbər" xəbər verir ki, müsabiqədə 2 nömrə altında "Just Go" adlı mahnısı ilə çıxış edən Azərbaycan təmsilçisi Cəmilə Həşimova müsabiqənin ikinci yarımfinal mərhələsində mübarizəni dayandırıb.

Ağdaşda Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş sərgi keçirilib
Ağdaşda Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş sərgi keçirilib

"Sabirabadxəbər" xəbər verir ki, Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.

Bu əlamətdar gün münasibətilə Ağdaş Dövlət Rəsm Qalereyası tərəfindən “Tariximizi yaşadaq” adlı rəsm sərgisi təşkil edilib.

Aprelin 17-də Ağdaş şəhər Heydər parkında baş tutan sərgi “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunub. Sərgidə gənc rəssamların Azərbaycanın məşhur tarixi memarlıq abidələrinə həsr olunmuş əsərləri nümayiş etdirilib.

Sərginin məqsədi Azərbaycanın zəngin tarixi-mədəni irsinin tanıdılması, bu irsin qorunmasının vacibliyinin təbliği və gənc nəsillərdə tarixi abidələrə marağın artırılması, eyni zamanda istedadlı gənclərin peşəkar inkişafına dəstək göstərilməsidir.

Rəsm sərgisi sakinlərin böyük marağına səbəb olub

Saatlı-Tarixi İrsimizə Sahib Çıxaq
"Sabirabadxəbər" məlumat verir ki, 17 aprel 2026-cı il tarixində Saatlı rayon Mədəniyyət Mərkəzinin Cəfərxan kənd Diyarşünaslıq evinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Tədbir 18 aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunub. Görüş Cəfərxan kəndində yerləşən və tarixi əhəmiyyət kəsb edən “Cəfər xanın evi”nin qarşısında baş tutub. 1915-ci ildə inşa olunmuş bu mülk bölgənin memarlıq irsinin qiymətli nümunələrindən biri hesab olunur. Tədbirin iştirakçıları kənd məktəbliləri və yerli mədəniyyət işçiləri olub. Görüş zamanı şagirdlərə Cəfər xanın həyatı və fəaliyyəti barədə geniş məlumat verilib. Eyni zamanda, tarixi binanın tikilmə tarixi və onun bu günə qədər qorunub saxlanılan memarlıq xüsusiyyətləri diqqətə çatdırılıb. Çıxış edənlər abidələrin qorunmasının milli mənliyin və tarixin yaşadılması baxımından vacibliyini vurğulayıblar. Məktəblilər binanın daxili və xarici görünüşü ilə yaxından tanış olaraq, bölgənin keçmişinə dair maraqlı faktlar öyrəniblər. Bu cür tədbirlərin keçirilməsi gənc nəsildə tarixi-mədəni irsimizə sevgi və hörmət hissini aşılamaq məqsədi daşıyır.

Sabah muzeyləri ziyarət pulsuz olacaq
18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeylərdə “açıq qapı” günü keçiriləcək.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 18-də ziyarətçilərin qeyd olunan məkanlara girişi ödənişsiz təmin olunacaq.

Sel Mikayıl Müşfiqin xatirə muzeyini zədələdi - Foto
Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi artıq bir neçə ildir ki, Tıx çayında baş verən sel daşqınları nəticəsində ciddi zərər görüb. Sonuncu sel hadisəsi isə vəziyyəti daha da ağırlaşdırıb, muzey binasında və ətraf ərazilərdə ciddi fəsadlar törədib.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə şairin əmisi nəvəsi Reyhan İsmayılzadə bir neçə gün öncə sosial şəbəkə hesabında paylaşım edib.

“Tərəfimizdən edilən çoxsaylı müraciətlər və keçirilən görüşlərdən sonra Mədəniyyət Nazirliyi tərəfindən muzeydə yenidənqurma işlərinin aparılması ilə bağlı cavab məktubu təqdim olunub. Lakin təəssüf hissi ilə bildirirəm ki, bu günə qədər həmin istiqamətdə heç bir əməli addım atılmayıb” , - o qeyd edib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə verdiyimiz sorğunun əsasında bəlli oldu ki, Mikayıl Müşfiqin xatirə muzeyi qısa müddətdə əsaslı təmirə dayandırılacaq.

Xatırladaq ki, daha öncə Mədəniyyət Nazirliyindən saytımıza verilən açıqlamada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri - şair Mikayıl Müşfiq və dramaturq Cəfər Cabbarlının ev muzeylərinin təmir olunacağı bildirilmişdi.

Qeyd edək ki, Mikayıl Müşfiq adına xatirə muzeyi 1988-ci ildə onun 80 illik yubileyindən sonra Xızının Sayadlar kəndində yaradılıb. Şairin evi dağıldığı üçün muzey atasının bağ sahəsində qurulub. 1992-ci ildə tikilən muzey binası 1 mərtəbəli, 1 otaqlı olub (55 m²). 2004-cü ildə dövlət himayəsinə keçərək rəsmi muzey statusu alıb və 2006-cı ildən fəaliyyət göstərir. Muzeydə 221 eksponat saxlanılır./Qafqazinfo

Kürdəmirdə Aran filialı Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş Elmi-praktik konfrans keçirdi.
"Sabirabadxəbər" xəbər verir ki , 15 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Əfzələddin Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Konfransın açılışı elmi-praktik konfransın qonaqlarının və ziyalıların iştirakı ilə muzeyin Xaqani guşəsində baş tutdu. Filialın müdiri Yaqut Bahadurqızı Xaqani Şirvaninin 900 illik yubileyinin layiqincə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 yanvar 2026-cı il tarixli Sərəncamından bəhs edərək Ədəbiyyat muzeyinin, eləcə də Xaqani Şirvaninin adını dayıyan muzeyin Aran filialının üzərinə düşən vəzifələrdən bəhs etdi. Daha sonra tədbir Tofiq İsmayılov adına Kürdəmir şəhər 1 saylı tam orta məktəbin akt zalında davam etdi.

Elmi- praktik konfransı giriş sözü ilə açan muzeyin Xaqani Şirvani adına Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı bildirdi ki, Xaqani Şirvani Azərbaycan Ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalarındandır. Əsrinin mədəni həyatı ilə bağlı olan Xaqani Şirvani klassik ədəbiyyata qazandırdığı yeniliklərlə bütövlükdə yaxın və orta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Sonrakı yüzilliklərin ustad şairləri Xaqani dühasına həmişə ehtiramla yanaşmış, məktəb kimi ondan bəhrələnmişlər.

Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin “Beynəlxalq əlaqələr və dünya muzeyləri” şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq “Xaqani yaradıcılığında Şirvan” mövzusunda məruzə edərək Xaqaninin Şirvanı öz şeirlərində paklıq və ülviyyət aynası, ədəb və mərifət diyarı kimi anaraq, Şərqin Bağdad və Bəsrə kimi şəhərləri ilə müqayisə etməsindən, öz şairlik təbinin də doğma diyarın ab-havasından qaynaqlandığından bəhs etmişdir.

Digər məruzəçi – muzeyin elmi işçisu Natavan Bağırova çıxışında qeyd etdi ki, sözün xaqanı, şeir mülkünün hökmdarı, alim Xaqani öz dövrünün bütün elmlərindən istifadə edərək onları yüksək poeziya incilərinə çevirmişdir. Onun şeirləri eyni dərəcədə həm elm, həm də poeziyadır, ancaq o, hər şeydən öncə şair olduğuna görə onun elmi poeziyasına xidmət etmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev məruzəsində bildirdi ki, Xaqani Şirvaninin anadan olduğu yer mənbəələr əsasında dəqiqləşdirilir və xüsusi olaraq qeyd olunur ki, bir çox dərslik və ədəbiyyat tarixi kitablarında göstərildiyi kimi, Xaqani Şirvani Şamaxının Məlhəm kəndində yox, məhz özünün yazdığı kimi Şamaxı şəhərində anadan olmuşdur. Şamaxı tarixində XII əsrdə Məlhəm adlı kənd – yaşayış məskəni mövcud olmamışdır.

Tədbirdə akademik Rafael Hüseynovun Xaqani Şirvaniyə həsr etdiyi televiziyanın Mədəniyyət kanalında yayımlanan “Vətənim” verilişindən bir parça nümayiş olunmuş, həmçinin Xaqaninin qəzəl, qəsidə və rubailərindən nümunələr səsləndirilmişdir.