İdman - Sabirabadxeber.Az - İnformasiya Portalı

Sabirabadda yunan-Roma güləşi üzrə rayon turniri keçirilib
Sabirabadda yunan-Roma güləşi üzrə rayon turniri keçirilib.

🤼‍♂️ Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sabirabad şəhəri M.Ə.Sabir adına bağda açıq hava şəraitində yeniyetmələr arasında yunan-Roma güləşi üzrə rayon turniri keçirilib.

📌 Yarışın keçirilməsində əsas məqsəd rayonda yunan-Roma güləşinin uşaqlar, gənclər və böyüklər arasında təbliği,eləcə də kütləviliyinin artırılmasıdır.

Qaliblər Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

İspaniya dünya çempionudur!
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatına yekun vurulub.

"Sabirabadxəbər" xəbər verir ki, mundialın final oyununda İspaniya və Argentina yığmaları qarşılaşıb. Nyu-York şəhərindəki "MetLayf" stadionunda oynanılan görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın əsas vaxtında qapılara hesab açılmayıb. Əlavə vaxtda İspaniya millisi fərqlənə bilib. 106-cı dəqiqədə Arəqib qapısına yol tapan Ferran Torres İspaniyaya qələbə qazandırıb. Bununla da komanda tarixində 2-ci dəfə dünya çempionu olub.

Qeyd edək ki, İspaniya yığması daha əvvəl 2010-cu il mundialında qızıl medallara sahib çıxmışdı.

FIFA mundialdan rekord məbləğdə gəlir qazanıb
2026-cı il dünya çempionatı FIFA-ya rekord məbləğdə gəlir gətirib.

"Sabirabadxəbər" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, qurum turnir müddətində 15 milyard dollar qazanıb.

Bu rəqəm ilkin proqnozlarla müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəkdir, belə ki, FIFA ilkin olaraq təxminən 11 milyard dollar əldə etməyi planlaşdırırdı.

Mənbənin məlumatına əsasən, gəlirlərin artmasında əsas amil oyunlara biletlərin satışı, o cümlədən onların yenidən satışı olub. FIFA həm alıcıdan, həm də satıcıdan 15% komissiya alır ki, bu da ümumilikdə daxilolmaları əhəmiyyətli dərəcədə artırıb.

Digər mühüm gəlir mənbəyi isə qonaqpərvərlik sahəsindəki xidmətlər olub. Məhz bu iki gəlir bəndi yekun qazancın nəzərdə tutulan göstəriciləri xeyli üstələməsinə şərait yaradıb.

İspaniya, yoxsa Argentina? - Dünya çempionu bu gecə bəlli olacaq
ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə dünya çempionatına bu gün yekun vurulacaq.

“Sabirabadxəbər” xəbər verir ki, mundialın final oyununda son dünya çempionu Argentina millisi ilə İspaniya yığması qarşılaşacaq.

Nyu-York şəhərindəki “MetLife” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

Qeyd edək ki, ötən gecə üçüncü yer uğrunda görüşdə Fransa millisini 6:4 hesabı ilə məğlub edən İngiltərə yığması bürünc medallara sahib çıxıb.

Mbappe dünya çempionatları tarixinin bombardiri oldu
Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatları tarixində yeni rekorda imza atıb.

"Sabirabadxəbər" xəbər verir ki, komandanın kapitanı DÇ-2026-nın bürünc medal uğrunda İngiltərə ilə oyunda dubla edib. O, mundiallardakı qollarının sayını 22-yə çatdırıb.

Bununla da Mbappe dünya çempionatlarında ən çox qol vuran futbolçu kimi Argentina millisinin ulduzu Lionel Messini geridə qoyub. Fransa millisinin hücumçusu bu göstəriciyə 22 matçda nail olub.

Messinin hesabında isə dünya çempionatlarında keçirdiyi 33 oyunda 21 qol var.

Qeyd edək ki, Mbappe İngiltərə ilə qarşılaşmada 48-ci və 66-cı dəqiqələrdə fərqlənib. DÇ-2026-nın finalında isə bu gün Argentina və İspaniya milliləri üz-üzə gələcəklər.

İspaniya millisinin tarixinə düşdü
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında finala yüksələn İspaniya millisinin hücumçusu Mikel Oyarsabal yığmanın tarixinə düşüb.

"Sabirabadxəbər" FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Fransa ilə yarımfinal görüşündə penaltidən fərqlənən 28 yaşlı futbolçu milli komandanın heyətində son 20 oyunda 18-ci qolunu vurub.

Bu qol Oyarsabal üçün yığmada ümumilikdə 30-cu olub. Bununla da “Real Sosyedad”ın forvardı yığmanın tarixində 30 və ya daha çox qol vuran altıncı futbolçu adına sahib çıxıb. Ondan əvvəl bu göstəriciyə David Silva (35), Alvaro Morata (37), Fernando Torres (38), Raul Qonsales (44) və David Vilya (59) nail olublar.

Qeyd edək ki, ötən gecə yarımfinalın ilk görüşündə İspaniya millisi Fransanı 2:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Bakıdakı döyüşdə uduzan idmançı karyerasını bitirdi
Qarışıq döyüş növləri (MMA) üzrə tanınmış braziliyalı idman ustası Mişel Pereyranın UFC karyerasına nöqtə qoyulub.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə "MMA Fighting" nəşrinin insayderi Gilyerme Kruz məlumat yayıb.

Bildirilib ki, əvvəlki müqaviləsinin müddəti bitdikdən sonra braziliyalı döyüşçü təşkilatla yalnız bir döyüşlük qısamüddətli anlaşma imzalayıb. Sözügedən həlledici qarşılaşma Bakıda baş tutan turnirdə reallaşıb və Pereyra rusiyalı Şara Bulletə (Şarabutdin Maqomedov) hakimlərin yekdil qərarı ilə uduzub.

Qeyd edək ki, 32 yaşlı idmançı UFC oktaqonunda çıxdığı döyüşlərdə ümumilikdə 10 dəfə qələbə sevinci yaşayıb, 6 dəfə isə məğlubiyyətlə barışmalı olub.

Xatırladaq ki, Şara Bulletlə gərgin keçən duelindən sonra Mişel Pereyra hakimlərdən kəskin şəkildə narazılığını bildirmişdi. Braziliyalı idmançı rəqibinin qayda pozuntularına - gözünə barmaq salmasına və saçından çəkməsinə baxmayaraq, hər hansı bir cəza almamasına sərt etiraz etmişdi.

Bu qarşılaşmada "Gecənin döyüşü" nominasiyasında qalib gəldiyi üçün rusiyalı idmançı Şara Bullet 100 min dollar məbləğində xüsusi mükafata layiq görülmüşdü.

Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidan olacaq
Didye Deşam Fransa millisinin baş məşqçisi vəzifəsindən gedir.

"Sabirabadxəbər" xəbər verir ki, onun komanda ilə son oyunu 2026-cı il dünya çempionatında 3-cü və 4-cü yerlər uğrunda matç olacaq.

Məlumata görə, Deşamın yerinə Zinəddin Zidan gələcək.

Xatırladaq ki, Fransa komandası İspaniyaya 2:0 hesabı ilə məğlub olub.

“Neftçi” Sloveniyada sonuncu yoxlama oyununa çıxacaq
Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununu keçirəcək.

"Sabirabadxəbər" xəbər verir ki, Bakı təmsilçisi Xorvatiyanın "Osiyek" komandası ilə qarşılaşacaq. Lendava stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, "Neftçi" təlim-məşq toplanışı çərçivəsində keçirdiyi əvvəlki yoxlama oyunlarında Serbiyanın "Partizan" klubuna 0:1, Rumıniyanın “ÇFR Kluj” komandasına isə 1:2 hesabı ilə məğlub olub. Paytaxt təmsilçisi Serbiyanın "Radniçi” (Niş) kollektivini isə 3:0 hesabı ilə üstələyib.

Yusif Avropa çempionu oldu
Azərbaycanın sərbəst güləşçisi Yusif Dursunov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

125 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz rusiyalı Soslan Qabuyevə qalib gələrək Avropa çempionu olub.