• 09.02.2026 » 19:00

Sabirabad və Hacıqabul rayonlarının bəzi kənlərində qaz kəsiləcək

Sabirabad və Hacıqabul rayonlarının bəzi kənlərində qaz kəsiləcək © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabirabad və Hacıqabul rayonlarının bəzi kənlərində qaz təchizatında fasilə yaranacaq.


“Sabirabadxəbər.az” xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.


Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən magistiral qaz kəmərində təmir-bərpa və digər texniki işlərin görülməsi ilə əlaqədar olaraq 10.02.2026-cı il saat 09:30-dan etibarən işlər başa çatanadək “Qarasu” QPS-dən Sabirabad rayonunun 16 kəndində - Qaraqaşlı, Quruzma, Qəzli, Yenikənd, Kovlar, Axısxa, Surra, Qaralı, Balvar, Həsənli, Cavad, Türkədi, Əlicanlı, Yollçubəyli, Narlıq, Zəngənə kəndlərində (7298 abonent), Hacıqabul rayonunun 12 kəndində - Qarasu, Padar, Abdulabad, Kolanı, Talış binalar, Talış, 1-ci Meyniman, 2-ci Meyniman, Axtaçı-Şirvan, Ağacanlı, Ələtli, Bürvənd kəndlərində (3322 abonent), həmçinin “Nərimankənd” QPS-dən Sabirabad şəhəri Z.Əliyev küçəsi və 17 kəndində - Kürkəndi, Məmişlər, Əsədli, Qaralar, Qəfərli, Şıxlar, Mürsəlli, Ulacalı, Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (9837 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva