• 26.01.2026 » 11:00

Bakıda məşhur hoteldə ofisiant öldürüldü - İş yoldaşı tutuldu

Bakıda məşhur hoteldə ofisiant öldürüldü - İş yoldaşı tutuldu © sabirabadxeber.az
Şrift ölçüsü:

Bakıda hoteldə qətl törədilib.

“Sabirabadxəbər.az”ın əldə etdiyi məlumata görə, hadisə yanvarın 25-i saat 19 radələrində “Ağ şəhər” bulvarında yerləşən “Boulevard Hotel”də qeydə alınıb.

Belə ki, hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.

Hadisənin hotelin digər ofisiantı 1992-ci il təvəllüdlü Abşeron sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

S.Manafov polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı cinayət işi başlanıb. Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva