• 09.02.2026 » 10:30

Anar Quliyev vətəndaşları qəbul edib

Anar Quliyev vətəndaşları qəbul edib © sabirabadxeber.az
Şrift ölçüsü:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Masallıda vətəndaşları qəbul etdi 


"Sabirabadxəbər.az"  xəbər verir ki, 06 fevral 2026-cı il tarixində Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan vətəndaşların qəbulunu keçirmişdir.

Qəbuldan əvvəl Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Komitə sədri Anar Quliyevlə birlikdə Masallı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoymuşlar.

Qəbul zamanı şəhər və rayonların inkişafına dair məsələlər, torpaq münasibətləri, layihələndirmə, şəhərsalma və tikinti normalarına uyğun tikintiyə icazələrin alınması ilə bağlı qaydalar müzakirə edilib. 

Eyni zamanda, vətəndaşlara icazə proseslərinin operativ, rahat və şəffaf şəkildə həyata keçirilməsini təmin edən Elektron İcazə sistemi (e-tikinti.gov.az) barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva