• 19.07.2026 » 09:00

“Sabirabad Gənclər evi”ndən xüsusi qayğıya ehtiyacı olan gəncə mənəvi dəstək ziyarəti

“Sabirabad Gənclər evi”ndən xüsusi qayğıya ehtiyacı olan gəncə mənəvi dəstək ziyarəti © sabirabadxeber.az
Şrift ölçüsü:
“Sabirabad Gənclər evi” sosial xidmət müəssisəsi olaraq, gənclərimizin rifahı və onlara mənəvi dəstək göstərmək missiyası çərçivəsində növbəti sosial ziyarətimizi reallaşdırdıq. Bu dəfəki ünvanımız Sabirabad rayonu Əli Qurbanov adına Qalaqayın kənd tam orta məktəbinin 10-cu sinif şagirdi, anadangəlmə fiziki məhdudiyyəti olan Ağazadə Zeynəb Xəyyam qızının ailəsi olub.
Ziyarətdə iştirak edən müəssisəmizin direktoru Rəşad Qurbanov çıxış edərək, Zeynəb kimi iradəli və elmə həvəsli gənclərin cəmiyyətimiz üçün xüsusi dəyər daşıdığını qeyd edib. Direktor vurğulayıb ki, "Sabirabad Gənclər evi"nin əsas missiyası heç bir gənci diqqətdən kənarda qoymamaq, onların hər zaman arxasında durmaq və qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlmələri üçün mənəvi gücə çevrilməkdir.
Görüş zamanı həmçinin məktəbin müəllimi Telman Qurbanov da çıxış edərək, şagirdin təhsilə olan həvəsindən və məktəb kollektivinin ona göstərdiyi diqqətdən bəhs edib.
"Sabirabad Gənclər evi" olaraq xüsusi qayğıya ehtiyacı olan gənclərimizin cəmiyyətə inteqrasiyası və onların özünəinam hissinin artırılması prioritet istiqamətlərimizdəndir. Bu istiqamətdə keçirilən görüşlərin əsas məqsədi heç bir gəncin diqqətdən kənarda qalmadığını nümayiş etdirmək, onların sosial rifahına və inkişafına töhfə verməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva