Şrift ölçüsü:
Çap et
Elm və Təhsil İşçiləri Sabirabad Rayon Komitəsinin təşkilatçılığı ilə Sabirabad rayon N. Nərimanov adına 2 nömrəli tam orta məktəb-liseyin müəllim kollektivi Şuşa və Xankəndi şəhərlərinə ekskursiya ediblər.
Səfər çərçivəsində müəllimlər Şuşa və Xankəndi şəhərlərinin tarixi-mədəni abidələri, görməli yerləri ilə yaxından tanış olub, şəhərlərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini izləyiblər. Ekskursiya iştirakçıları bu səfərin onlarda dərin təəssürat yaratdığını, milli-mənəvi dəyərlərimizin və tarixi irsimizin daha yaxından tanınması baxımından böyük əhəmiyyət daşıdığını bildiriblər.
Belə maarifləndirici səfərlərin təşkilində göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Sabirabad Rayon Komitəsinə təşəkkürlərini ifadə ediblər.
Kopyalandı






