• 04.07.2026 » 12:17

Messi dünya çempionatlarında 30 oyun keçirən ilk futbolçu oldu

Messi dünya çempionatlarında 30 oyun keçirən ilk futbolçu oldu © sabirabadxeber.az
Şrift ölçüsü:

Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatları tarixində 30 oyuna çıxan ilk futbolçu kimi rekord müəyyənləşdirib.

"Sabirabadxəbər" xəbər verir ki, 39 yaşlı hücumçu bu göstəriciyə dünya çempionatının 1/8 final mərhələsində Kabo-Verde yığmasına qarşı keçirilən oyuna start heyətində çıxmaqla nail olub.

Dünya çempionatlarında ən çox oyun keçirən futbolçular siyahısında ikinci yerdə Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo qərarlaşıb. Onun aktivində 26 oyun var.

Messi 2023-cü ildən ABŞ-Nİn MLS çempionatında çıxış edən “İnter Mayami” klubunun formasını geyinir. O, daha əvvəl İspaniyanın “Barselona” və Fransanın PSJ klublarında çıxış edib. Argentinalı futbolçu karyerası ərzində dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Superkubokunun və üç dəfə FIFA Klublararası Dünya Kubokunun qalibi olub.

Messi, həmçinin 2022-ci ildə dünya çempionu, 2014-cü ildə dünya çempionatının gümüş mükafatçısı, 2008-ci il Olimpiya çempionu və 2021-ci, 2024-cü illərdə Amerika Kubokunun qalibi olub. O, rekord sayda – səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülüb.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin finalı iyulun 19-da oynanılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva