• 21.06.2026 » 14:29

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var © sabirabadxeber.az
Şrift ölçüsü:

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Sabirabadxəbər" xəbər verir ki, qəza şəhərin M.Maqomayev və 20 Yanvar küçələrinin kəsişməsində yerləşən yol dairəsinin yaxınlığında qeydə alınıb.

İlkin məlumata əsasən, qadın sürücünün idarə etdiyi “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Güclü zərbə nəticəsində işıq dirəyi aşıb.

Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan 32 yaşlı Aysel Ağayeva və 37 yaşlı Mərziyə Mustafayeva təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva