• 02.05.2026 » 11:13

Bakı-Sumqayıt yolunda obyektlər yandı

Bakı-Sumqayıt yolunda obyektlər yandı © sabirabadxeber.az
Şrift ölçüsü:

Abşeron rayonunda, Bakı-Sumqayıt yolunun 7-ci km-də yanğın hadisəsi baş verib.

“Sabirabadxeber” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirillib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir dam altında tikilmiş bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 650kv.m. olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 100 kv.m. olan mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 90 kv.m. olan digər mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 120 kv.m. olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 20 kv.m. sahədə və bitişik sahəsi 120 kv.m. olan mebel sexinin içərisində olan avadanlıqlar 5 kv.m. sahədə yanıb, yüksək temperaturdan digər sexdə təmirə dayanmış “İsuzu” markalı yük avtomobilinin yük hissəsində kondisioner deformasiya edib.

Digər bitişik anbarlar və avtomobil yanğından mühafizə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva