• 15.04.2026 » 13:30

BDYPİ-nin layihəsi geniş maraq doğurub - Video

BDYPİ-nin layihəsi geniş maraq doğurub - Video © sabirabadxeber.az
Şrift ölçüsü:

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yol-nəqliyyat hadisələrinin səbəblərinin təhlilinə həsr olunan yeni maarifləndirici layihəsi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

“Sabirabadxəbər” xəbər verir ki, layihə çərçivəsində təqdim olunan materiallarda qəzalar yalnız fakt kimi deyil, onların baş verməsinə səbəb olan amillər baxımından izah olunur.

İlk yayımlanan materialda konkret hadisə üzərindən sürücülərin və digər hərəkət iştirakçılarının yol verdiyi səhvlər diqqətə çatdırılıb.

Məlumata görə, layihənin əsas məqsədi qəzaların arxasında dayanan səbəbləri aydın şəkildə göstərmək və eyni səhvlərin təkrarlanmasının qarşısının alınmasına yönəlib. Bu çərçivədə sürət həddinin aşılması, diqqətsizlik, təhlükəsizlik qaydalarına əməl olunmaması və yol şəraitinin düzgün qiymətləndirilməməsi kimi hallar konkret nümunələr əsasında izah edilir.

Qeyd olunur ki, layihə hərəkət iştirakçıları arasında diqqət və məsuliyyət hissinin artırılmasına, sürücü və piyadaların öz davranışlarını təhlil etməsinə və yol hərəkəti qaydalarına riayət etməsinə yönəlib.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva