Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı YAP Sabirabad rayon təşkilatı növbəti görüşünü Nərimankənd kəndində keçirmişdir.
"Sabirabadxəbər" məlumat verir ki, ilk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad olunub.
“Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyası.” movzusunda keçirilən tədbirdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqının mübarizə tarixində Heydər Əliyevin adı Böyük Xilaskar, Əbədiyaşar Komandan, Dahi Şəxsiyyət, Ümummilli Lider, Ulu Öndər kimi əbədiləşdi. O, müstəqilliyimizi əbədi, dönməz edən tarixi şəxsiyyət kimi tarixləşdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev respublikamıza rəhbərliyinin bütün dövrlərində öz xalqına xidmət, sonsuz məhəbbət amalı ilə yaşayıb yaratmışdır. Bu gün müstəqil, demokratik respublikamızın müasir bir dövlət kimi mövcud olmasında, dünya birliyində özünəlayiq yer tutmasında Dahi Rəhbərin müstəsna xidmətləri vardır. Müstəqilliyini yenicə bərpa edən Azərbaycan dövlətinin güclənməsinə əvəzsiz töhfələr vermiş Ulu Öndər Heydər Əliyev xalqımıza siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycanı bəxş etdi. Natiq Ulu Öndərin ölkəmizə rəhbərliyinin həm birinci həmdə ikinci dövründəki fəaliyyətindən ətraflı danışaraq ölkəmiz və xalqımız üçün hansı əvəzolunmaz töhfələr verdiyini tədbir iştirakçıların nəzərinə çatdırdı.
Daha sonra YAP fəalı İltifat Şəmmədov çıxış edərək qeyd etdi ki, bu gün əminliklə demək olar ki, respublikamızın böyük çətinliklər bahasına əldə etdiyi suverenliyinin, iqtisadi müstəqilliyinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən məhz ötən əsrin 70-80-ci illərində qoyulmuş möhkəm təmələ, güclü intellektual potensiala söykənir. Natiq öz çıxışlarında onuda qeyd etdi ki, məhs yaradılmış bu möhkəm təməl müstəqillik illərində Azərbaycan dövlətinin sürətli inkişafına təkan vermiş oldu.
Ulu Öndərin ölkəmizə rəhbərliyinin ikinci dövrü barədə çıxış edən YAP fəalı Nərgiz Cəfərova Qeyd etdi ki, 1993-cü ildə Naxçıvandan Bakıya gəlməsi ziddiyyətli, qarışıq bir vaxta təsadüf etmişdi. Belə ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə xilaskar missiyası ilə qayıdan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev o dövrdə ölkəmizdə baş alıb gedən özbaşınalığın, hakimiyyətsizliyin, qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin, vətəndaş müharibəsinin, xaosun və digər xoşagəlməz hadisələrin qarşısının alınması üçün öz canına və həyatına olan böyük təhlükələrə baxmayaraq, ölkəmizdə hökm sürən anarxiyanın, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi. Orduda vahid komandanlıq yaradıldı. Bununla da respublikamızda sabitlik bərqərar olundu, ölkədə demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna başlanıldı.
Bu gün Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbir xoş əhvalla davam edib.
Sonda bir neçə YAP fəalı Fəxri Fərmanla təltif olunublar.












