• 13.04.2026 » 17:58

Şirvanda üzgüçülük üzrə açıq turnir keçirilib

Şirvanda üzgüçülük üzrə açıq turnir keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:


"Sabirabadxəbər" xəbər verir ki, 12 aprel 2026-cı il tarixdə Şirvan Olimpiya İdman Kompleksində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin və Şirvan Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə üzgüçülük idman növü üzrə Şirvan şəhər açıq turniri keçirilib.

Turnirdə respublikanın şəhər və rayonlarından, eləcə də Bakıda fəaliyyət göstərən klub, cəmiyyət və bölmələrindən ümumilikdə 17 komanda iştirak edib.

İştirakçılar 10 yaş qrupu üzrə butterfly, arxasıüstə, brass və sərbəst üsulla üzmədə iştirak ediblər.

Sonda qaliblər Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.

 


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva