Şrift ölçüsü:
Çap et
Saatlıda güllə atıcılığı üzrə rayon turnir keçirilib
"Sabirabadxəbər" xəbər verir ki, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektorunun və Saatlı “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin ildönümü ilə əlaqədar güllə atıcılığı idman növü üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.
📌 Yarışın əsas məqsədi idman vasitəsilə sağlam həyat tərzinin formalaşdırılması, idmançıların yarış təcrübəsinin artırılması, həmçinin idmanın kütləvi şəkildə təbliği və təşviqidir.
🎯 Sonda qaliblər Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.
Kopyalandı










