• 29.03.2026 » 19:41

"Qarabağ"-"Sabah" oyunu üçün biletlər satışa çıxarılır - Xanımlara xüsusi jest

"Qarabağ"-"Sabah" oyunu üçün biletlər satışa çıxarılır - Xanımlara xüsusi jest © sabirabadxeber.az
Şrift ölçüsü:

Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ"-"Sabah" oyununun biletləri sabah saat 15:00-dan etibarən satışda olacaq.

"Sabirabadxəbər" Ağdam təmsilçinin mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qiymət isə 5, 10 və 20 manat aralığındadır.

Biletlər sabah saat 15:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Həmçinin, qeyd olunub ki, "Sabah" ilə oyunda komandaya dəstək olmaq istəyən xanım azarkeşlər üçün stadiona giriş sərbəst olacaq.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva