• 26.03.2026 » 10:06

Neft yüklü tankerə PUA hücumu

Neft yüklü tankerə PUA hücumu © sabirabadxeber.az
Şrift ölçüsü:

Türkiyənin “Altura” adlı 140 min ton xam neft daşıyan tankeri Qara dənizdə dron zərbəsinə məruz qalıb.

“Sabirabadxəbər” xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində partlayış da qeydə alınıb.

Qeyd olunub ki, tankerdə 27 nəfər olub və onların sağlıq vəziyyəti yaxşıdır.

Məlumat üçün əlavə edək ki, gəmi Rusiyanın Novorossiysk şəhərindən Türkiyə istiqamətində yola çıxıbmış.

N.Quliyeva


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva