Şrift ölçüsü:
Çap et
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
"Sabirabadxəbər" xəbər verir ki, hadisə Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində qeydə alınıb.
İlkin məlumata görə, "BMW" və "Opel" markalı avtomobillərin toqquşması zamanı maşınlardan birinin sürücüsü və bir kişi sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki yaralı təcili xəstəxanaya çatdırılıb. Sürücünün vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. Məlumata görə, yaralılardan biri qazidir.
Faktla bağlı araşdırma başlanıb.
N.Səmədova
Kopyalandı



