• 19.03.2026 » 10:40

Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub

Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub © sabirabadxeber.az
Şrift ölçüsü:

Beyləqanda müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub


"Sabirabadxəbər" xəbər xəbər verir ki, Martın 18-də Beyləqan rayonunda müqəddəs Ramazan ayı münasibətilə 400 nəfərlik iftar süfrəsi təşkil olunub.


Mərasimdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, ağsaqqallar, din xadimləri, ictimaiyyət nümayəndələri və aztəminatlı ailələr iştirak edib.


Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

İftar süfrəsində şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ölkəmizdə əmin-amanlığın, sabitliyin və firavanlığın davamlı olması üçün dualar edilib. Din xadimləri tərəfindən müqəddəs Ramazan ayının fəzilətlərinə uyğun olaraq xeyir-dualar səsləndirilib.


Tədbir boyu cəmiyyətimizdə birlik və həmrəyliyin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılmasının önəmi xüsusi vurğulanıb. Açılan süfrələr ətrafında iştirakçılar səmimi, mehriban və yüksək mənəvi ab-havada iftar ediblər.



N.Quliyeva


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva