• 17.03.2026 » 23:26

Gəlin qayınanasını 13 bıçaq zərbəsi ilə qətlə yetirdi

Gəlin qayınanasını 13 bıçaq zərbəsi ilə qətlə yetirdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Astarada gəlin qayınanasını diş düzəltdirməyə görə qətlə yetirib.


 "Sabirabadxəbər" xəbər verir ki, hadisə rayonun Kolatan kəndində baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü Ruhanə İmanova qayınanası Xalidə Manafova ilə mütəmadi mübahisə edib. Qadın gəlini ilə oğlunu evdən çıxarmaq istəsə də, oğlunun imkansızlığından bu plan baş tutmayıb. Bundan sonra isə qayınana-gəlin arasında mübahisə şiddətlənib.


Bir müddət əvvəl R.İmanova həyat yoldaşının pulu ilə dişlərinə breket konstruksiya sistemi tətbiq etdirib. Bu isə X.Manafovanın xoşuna gəlməyib və nəticədə qayınana-gəlin arasında yeni mübahisə yaranıb. Mübahisə nəticəsində R.İmanova mətbəx bıçağı ilə qayınanasına 13 bıçaq zərbəsi endirərək onu qətlə yetirib.


Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən R.İmanova saxlanılıb.


N.Səmədova


Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.İmanova 10 il azadlıqdan məhrum edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva