Şrift ölçüsü:
Çap et
Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Sabirabadxəbər” xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.
Belə ki, “Hyundai Sonata” markalı avtomobil idarəetməni itirib və “Wolkswagen Tuareg” markalı maşına çırpılıb. Nəticədə “Hyundai” markalı maşında olan 20 yaşlı Elşən Məlikli və 22 yaşlı İsgəndər Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb./Qafqazinfo
N.Quliyeva
Kopyalandı





