• 16.03.2026 » 12:16

İrina Zaretska Venesiyada medalın sahibi oldu

İrina Zaretska Venesiyada medalın sahibi oldu © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" xəbər verir ki, İtaliyanın Venesiya şəhərində keçirilən “Karate1 Premyer Liqa” turnirində idmançımız 🥉İrina Zaretska (68 kq) bürünc medal qazanıb.

Təcrübəli karateçimiz turnir boyu keçirdiyi görüşlərdə yüksək ustalıq nümayiş etdirərək rəqiblərinə qarşı inamlı mübarizə aparıb. Gərgin keçən qarşılaşmalardan sonra fəxri kürsünün üçüncü pilləsinə yüksələn idmançımız Azərbaycan idmanının beynəlxalq arenada uğurlarına daha bir töhfə verib.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən güclü karateçilərin qatıldığı turnirdə əldə olunan bu nəticə ölkəmizin karate idman növündə qazandığı növbəti uğurlardan biri kimi qiymətləndirilir. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda göstərdiyi nəticələr ölkəmizin idman nüfuzunun daha da yüksəlməsinə xidmət edir.


Təbrik edirik🇦🇿



N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva