• 15.03.2026 » 18:13

Xaçmaz-Quba yolunda qəza tıxac yaratdı

Xaçmaz-Quba yolunda qəza tıxac yaratdı © sabirabadxeber.az
Şrift ölçüsü:

Xaçmaz-Quba yolunda "KamAz" markalı yük maşını ilə "Chevrolet" markalı minik avtomobili toqquşub.


"Sabirabadxəbər" xəbər verir ki, hadisə yolun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan olmasa da, hadisə yolun ensiz hissəsində baş verdiyinindən digər nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Nəticədə yolda uzun tıxac yaranıb.


Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər yolun hərəkət hissəsindən çıxarılıb və nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.


N.Səmədova


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva