Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının və Məktəblilərarası fənn müsabiqəsinin rayon turu keçirilib.
"Sabirabadxəbər" xəbər verir ki, Mil-Muğan Regional Təhsil İdarəsinin üzrə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqəsi 5 mərkəzdə təşkil olunub. Bu mərhələdə ümumillikdə 1894 nəfər şagird iştirak edib.
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası V sinif, fənn müsabiqələri isə VI-VII siniflər üçün təşkil olunur. VI sinif şagirdləri riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə imtahanda iştirak edirlər.
Qeyd edək ki, Müsabiqələrin təşkilinin əsas məqsədi istedadlı şagirdlərin aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin formalaşdırılması, məntiqi təfəkkürün inkişaf etdirilməsi, yaradıcı və fərqli düşünmə qabiliyyəti ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.
N.Səmədova










