• 13.03.2026 » 12:57

2020-ci ildən 72 azərbaycanlı mina hadisələrində həlak olub - XİN

2020-ci ildən 72 azərbaycanlı mina hadisələrində həlak olub - XİN © sabirabadxeber.az
Şrift ölçüsü:

2020-ci ilin müharibəsinin bitməsindən bəri 419 azərbaycanlı mina qurbanı olub, onlardan 72 nəfər həlak olub.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, mina qurbanlarından 347 nəfər ağır yaralanıb.

Nazirlik dünən Füzuli rayonuda baş verən mina hadisəsində həlak olan vətəndaş mövzusuna da toxunub:

"Minalar hələ də dinc sakinlər üçün ciddi təhlükə yaradır və keçmiş məcburi köçkünlərin təhlükəsiz qaytarılmasını, eləcə də davam edən bərpa işlərini əngəlləyir. Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara təhlükəsiz və davamlı qayıtmasını təmin etmək məqsədilə minalardan təmizləmə işlərinə sadiqdir və bu məqsədlə beynəlxalq tərəfdaşların güc birliyi ilə dəstək göstərməsini gözləyir"

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva