• 13.03.2026 » 13:50

Ölkədə ən aşağı və ən yüksək maaş... - Siyahı

Ölkədə ən aşağı və ən yüksək maaş... - Siyahı © sabirabadxeber.az
Şrift ölçüsü:

2026-cı il fevralın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1782,0 min nəfər olub.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. 

Bildirilib ki, həmin şəxslərdən 861,4 min nəfəri dövlət sektorunda, 920,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 

Bundan başqa, muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 13,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub. 

2026-cı ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artaraq 1103,8 manat təşkil edib.

Həmçinin ən aşağı əməkhaqqı kənd təsərrüfatı sahəsində 687,8 manat, ən yüksək əməkhaqqı isə mədənçıxarma sənaysində 3787,9 manat qeydə alınıb.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva