• 12.03.2026 » 16:09

Əsirlikdən qurtulan Aqşin cinayət məsuliyyətinə cəlb olunub

Əsirlikdən qurtulan Aqşin cinayət məsuliyyətinə cəlb olunub © sabirabadxeber.az
Şrift ölçüsü:

2023-cü ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülən, daha sonra Azərbaycana təhvil verilən Aqşin Bəbirov cinayət məsuliyyətinə cəlb olunub.

 "Sabirabadxəbər" xəbər verir ki, o, Cinayət Məcəlləsinin 127.2.3 maddəsi üzrə təqsirli bilinib.

Belə ki, Aqşin Bəbirov Sabunçu rayonu ərazisində etibarnamə əsasında idarə etdiyi “KİA Pride” markalı avtomobillə hərəkətdə olarkən digər hərəkət iştirakçısı ilə mübahisə yaşayıb. Mübahisə zamanı Aqşin Bəbirov “Mercedes” markalı avtomobilin sürücüsünə qəza şəraiti yaratdığını bildirib.

Təfərlərin mübahisəsinin davamında Aqşin Bəbirov “Mercedes”in sürücüsünə dəmir parçası ilə zərbə endirib.

Qeyd edək ki, qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunan Aqşin Bəbirov polis əməkdaşları tərəfindən saxlanılıb, məhkəmə qərarı ilə onun azadlığı 1 il müddətinə məhdudlaşdırılıb.

Xatırladaq ki, Aqşin Bəbirov Azərbaycanla Ermənistan arasındakı razılaşmaya əsasən, 2023-cü ilin dekabrında Hüseyn Axundovla birlikdə əsirlikdən xilas edilmişdi./ Teleqraf

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva