Şrift ölçüsü:
Çap et
"Sabirabadxəbər" xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə keçirilən parapauerliftinq üzrə Açıq Avropa çempionatında paralimpiyaçımız 🥇🥇İlhamiz Kərimov (+107 kq, 16 yaş) ən yaxşı qaldırmada 115 kq, ümumi qaldırmada isə 330 kq göstərərək hər iki göstərici üzrə qızıl medal qazanıb. 🥉🥉Elcan Səmədzadə (49 kq, 15 yaş) 80 kq nəticə ilə həm ən yaxşı qaldırmada, həm də ümumi nəticədə bürünc medala sahib olub. 🥈🥈Rəsul Zəkiyev (97 kq, 19 yaş) isə ən yaxşı qaldırmada 126 kq, ümumi qaldırmada 358 kq nəticə göstərərək hər iki göstərici üzrə gümüş medal əldə edib.
Qeyd edək ki, yarış Açıq Avropa çempionatı statusu daşıdığından, hər üç idmançımıza eyni əyarda 4 medal təqdim olunub.
Təbrik edirik!🇦🇿
N.Quliyeva
Kopyalandı



