• 27.01.2026 » 18:00

Prezident bu şəxsləri nazir müavini təyin etdi

Prezident bu şəxsləri nazir müavini təyin etdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.

“Sabirabadxəbər.az” Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri Seymur Səfərli nazir müavini vəzifəsinə təyinat alıb. Nazir müavini Sarvan Cəfərovun isə vəzifəsindən azad edildiyi bildirilir.

Xatırladaq ki, Prezident İlham Əliyev dünən “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib. Dövlət başçısının imzaladığı Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva