• 28.02.2026 » 09:01

Beyləqanda tədbir keçirilib

Beyləqanda tədbir keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Beyləqan rayonunda gənclərin gələcək peşə seçimlərinə dəstək məqsədilə maarifləndirici tədbir keçirilib.

"Sabirabadxəbər.az" xəbər verir ki, Beyləqan rayonu üzrə təhsil sektoru və Beyləqan Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində “Təhsilə və xidmətə təşviq” adlı tədbir keçirilib. Tədbirin əsas məqsədi şagirdləri hüquq-mühafizə orqanlarında təhsil və karyera imkanları barədə məlumatlandırmaq, onları vətənə xidmət ruhunda ruhlandırmaq olub.


Görüş zamanı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin strukturunda fəaliyyət göstərən Polis Akademiyası və Daxili Qoşunların Hərbi İnstitutuna qəbul qaydaları barədə ətraflı məlumat verilib. Çıxış edənlər bu ali təhsil müəssisələrində təhsilin üstünlüklərindən, müasir təlim-tədris prosesindən, kursantlar üçün yaradılmış yüksək şəraitdən danışıblar.


Qeyd olunub ki, Polis Akademiyasında təhsil alan kursantlar dövlət hesabına qidalanma, geyim forması, yataqxana və zəruri tədris vəsaitləri ilə təmin olunurlar. Eyni zamanda, tədris prosesində innovativ texnologiyalardan istifadə edilməsi, fiziki və nəzəri hazırlığın paralel şəkildə aparılması gənclərin peşəkar kadr kimi formalaşmasına geniş imkan yaradır.


Şagirdlər tədbir zamanı onları maraqlandıran sualları ünvanlayıb, qəbul şərtləri və gələcək xidmət perspektivləri barədə ətraflı cavablar alıblar. Sonda hər iki ali təhsil müəssisəsi haqqında hazırlanmış videoçarx nümayiş olunub.


#MilMuğanRTİ #EduAz #MÜTDA #Məktəb #Şagird


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva