• 27.01.2026 » 17:00

DİN BNMİ paytaxtda narkotik satan 6 nəfəri saxladı

DİN BNMİ paytaxtda narkotik satan 6 nəfəri saxladı © sabirabadxeber.az
Şrift ölçüsü:

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin paytaxt ərazisində satışını həyata keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əliş Əliyev, Daşqın Rzayev, Miryusif Abbasov, Yusif Rəhimov, Mahmud Nəzərov və Ülviyyə Aslanova tutulublar. 

"Sabirabadxəbər.az" xəbər verir ki, onlardan 21 kq marixuana, heroin, metamfetamin və 246 ədəd psixotrop tərkibli həb aşkarlanıb. 

Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisində narkotiklərin əlbəəl satışı və qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib. Faktlarla bağlı cinayət işləri başlanılıb və onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva