• 19.02.2026 » 19:44

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayına komandir təyin edildi

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayına komandir təyin edildi © sabirabadxeber.az
Şrift ölçüsü:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının komandiri vəzifəsinə təyinat həyata keçirilib.

"Sabirabadxəbər.az" xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mühafizə alayının komandirinin müavini polkovnik-leytenant Bəxtiyar Məmmədov alayın komandiri vəzifəsinə təyin olunub.

Bəxtiyar Məmmədov 1987-ci ildə anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2010-cu ildə daxili işlər orqanlarında başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ilin iyun ayından xidmətini ədliyyə orqanlarında davam etdirərək Mühafizə alayının komandirinin müavini vəzifəsinə təyin edilib. Məlumat üçün qeyd edək ki, Bəxtiyar Məmmədova 2025-ci ilin sentyabr ayından etibarən Mühafizə alayının komandiri vəzifəsinin icrası həvalə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva