• 18.02.2026 » 11:00

İtkin düşən şəhidimizin dəfn mərasiminin vaxtı açıqlandı

İtkin düşən şəhidimizin  dəfn mərasiminin vaxtı açıqlandı © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabirabad rayon Nərimankənd sakini I Qarabağ döyüşlərində itkin düşən şəhid Ağayev Rəsulun nəşi 19 fevral saat 14:00 -da torpağa tapşırılacaq 


"Sabirabadxəbər.az" xəbər verirki, Rəsul I Qarabağ döyüşlərinə fəal iştirak etmişdir. Ağdərə və Ağdam rayonları istiqamətində geden döyüş əməliyyatları zamanı itkin düşmüşdür. 1992- cı ildən bu yana şəhidimizdən heç bir xəbər yox idi.Nəhayətki , 34 ildən sonra şəhidimizin nəşi  Ağdam rayonu ərazisində aşkar olunmuşdur.Bu barədə 11 fevral 2026 -cı il taixində şəhidin ailəsinə məlumat verilmişdir.Ağırda olsa bu xəbər şəhidimizin anasının ürəyinə bir təskinlik oldu. Şəhid Rəsul ailəli idi.Bir qız övladı yadigar qalmışdır.Şəhidimizin adın daşıyan Rəsul adında nəvəsidə var.


Allah rəhmət etsin 


Qeyd: Şəhidimizin nəşi 19.02.2026 cı ildə Nərimankənd kənd qəbirstanlığında dəfn olunacaq.

Bu şərəfli yolda şəhidimizi son mənzilə yola salmaq hər bir vətəndaşın borcudur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva