• 17.02.2026 » 15:09

XİN-dən Qaradağlı qətliamına dair paylaşım

XİN-dən Qaradağlı qətliamına dair paylaşım © sabirabadxeber.az
Şrift ölçüsü:

"Qaradağlı qətliamı insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda əbədi qalacaq”.

"Sabirabadxəbər.az"  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında bildirilib.

“Bu gün Qaradağlı qətliamının 34-cü ildönümüdür. Azərbaycanın dinc əhalisinə qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş bu qanlı cinayət tariximizin ən faciəli və ağrılı səhifələrindən biridir.

Xüsusi amansızlıqla həyata keçirilmiş bu qətliam zamanı uşaqlar və qadınlar da daxil olmaqla 67 nəfər vəhşicəsinə qətlə yetirilib.

Qaradağlı qətliamı insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda əbədi qalacaq və bu cür faciələrin heç vaxt unudulmaması hər birimizin mənəvi borcudur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, - deyə paylaşımda qeyd edilib.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva