• 26.01.2026 » 19:05

Niyazi Bayramov sakinlərlə görüşdü - Fotolar

Niyazi Bayramov sakinlərlə görüşdü - Fotolar © sabirabadxeber.az
Şrift ölçüsü:

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib.

“Sabirabadxəbər.az” xəbər verir ki, Məhsəti Gəncəvi Mərkəzində keçirilən görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Görüşdə sakinlər tərəfindən maddi yardım, işlə təminat və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Niyazi Bayramov qaldırılan məsələlərin qısa müddətdə, qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bəzi müraciətlər isə araşdırılaraq həll olunması məqsədilə qeydiyyata alınıb.

Qeyd edək ki, ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, səyyar qəbullar bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva