Şrift ölçüsü:
Çap et
Şirvan şəhərində bir qrup vətəndaş yaşadıqları küçələrin baxımsız vəziyyətdə olmasından narazılıq edir.
Sabirabadxəbər-in bölgə müxbirinin məlumatına görə, Şirvan şəhəri Mahir Mirzəyev adına küçənin Sakinlərinin sözlərinə görə, yolların yararsız vəziyyətdə olması gündəlik hərəkəti çətinləşdirir, yağışlı havalarda isə vəziyyət daha da ağırlaşır.
Vətəndaşlar bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, problemin aradan qaldırılması ilə bağlı hələlik ciddi tədbir görülməyib. Onlar küçələrin təmiri və abadlaşdırılması ilə bağlı müvafiq addımların atılmasını istəyirlər.
Sakinlər ümid edirlər ki, məsələ tezliklə diqqətə alınacaq və problemlər öz həllini tapacaq.
Kopyalandı









