• 11.02.2026 » 14:40

İcra başçısının müavini işdən çıxdı

İcra başçısının müavini işdən çıxdı © sabirabadxeber.az
Şrift ölçüsü:

Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.

"Sabirabadxəbər.az" xəbər verir ki, bununla bağlı icra başçısı Məmməd Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Niftalı Qasımov icra başçısının müavini vəzifəsindən azad edilib.

O, uzun illərdir icra başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışırdı. N.Qasımov bu vəzifəyə 2007–2018-ci illərdə Tovuzun icra başçısı işləmiş mərhum Tofiq Zeynalovun dövründə təyin olunmuşdu. Əvvəllər isə Tovuz rayon fövqəladə hallar komissiyasının sədri işləyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva